"Sumqayıt" 5 cavabsız qolla qalib gəldi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

Newsport.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, komanda növbəti yoxlama oyununu 21 iyul tarixində “Səbail”ə qarşı keçirəcək.

“Sumqayıt” – “Tufan” 5:0
QOLLAR: 
Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right