"Qələbənin davamını gətirə biləcəyik" - Roberto Bordin

Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" klubuyla mübarizə aparan "Neftçi" (İlk oyun: 3:1) sabah cavab qarşılaşmasına çıxacaq.

Newsport.az-ın məlumatına görə, oyunöncəsi mətbuat konfransında baş məşqçi Roberto Bordin iştirak edib.

- Başa düşürük ki, Bakıdakı kimi, çətin oyun olacaq. Hesabda öndə olsaq da, bilirik ki, rəqib güclüdür, çətin olacaq.

- Hava şəraiti nə dərəcədə mane olacaq?

- İlk oyunda, Bakıda hava çox isti idi. Bu hər iki komanda üçün çətinlik yaratdı. Ancaq burda hava yaxşıdır və düşünürəm ki, havanın hər hansı təsiri olmayacaq.

- Rəqibdən sürpriz gözləyirsinizmi?

- Bilmirəm nə sürpriz ola bilər. Rəqib çox güclü oyun göstərəcək, buna hazır olmalıyıq.

- Müdafiədə Kiril Petrov - Ruslan Abışov tandemininin oyunundan razı qaldınızmı?

- Bu tandem kifayət qədər yaxşı oynadı. Ümumiyyətlə, ayrılıqda dəyərləndirmək istəmirəm, komanda şəklində müdafiədə yaxşı oynadıq.

- Karikarinin imkanlarından bu dəfə daha çox istifadə etməyi düşünürsüzmü?

- Nə ki Karikari, bütün oyunçular hazır olmalıdır. Kimin start heyətdə olacağına isə sabah qərar veriləcək.

- Start heyətində çox dəyişiklik ediləcək?

- Düşünürəm ki, sabahkı onbirliyi açılamaq yersiz olacaqdı. Hamısı hazır olmalıdır. Start heyəti yalnız sabah açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right