Dabo: "Budapeştə qələbə üçün yollanırıq"

"Neftçi"nin hücumçusu  hücumçusu Baqali Dabo UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində "Uypeşt” üzərinda ilk oyun qələbəsinin (3:1) memarlarından biri oldu.

Newsport.az-ın məlumatına görə, onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə komandanı önə çıxardı.

"Neftçi”yə bu yay transfer pəncərəsi çərçivəsində qoşulan Dabo, cavab oyunu ilə bağlı öz fikirlərini klubun rəsmi saytına bölüşüb: "Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib: "Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right