"Sumqayıt"ın 2 rəqibi bilindi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Nazim Süleymanovun yetirmələri 19 iyul tarixində Qətər Super Liqasının debütantı "Əl-Şəhaniyə", 22 iyulda isə Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor" ilə qarşılaşacaq. İlk qarşılaşma Kızılcahamamda yerli saatla 17:00-da, ikinci görüş isə Topuk yaylasında saat 16:00-da start götürəcək.

Digər iki rəqib barəsində isə açıqlama veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right