"Sabah" Türkiyə toplanışına start verdi

Mövsümlərarası hazırlıq dövrünün 3-cü hissəsini Türkiyədə keçirəcək “Sabah” Futbol Klubu dünən qardaş ölkəyə yola düşüb.

Newsport.az-ın məlumatına görə, günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Bolu şəhərinə çatan komanda, “Vonresort Abant” otelində məskunlaşıb. “Sabah” axşam saatlarında ilk məşqinə çıxıb.

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 29-dək davam edəcək. Hazırlıq müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi “Giresunspor”, iyulun 28-də isə qardaş ölkənin Super Liqa klubu “Alanyaspor”la qarşılaşacaq. Digər 2 rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right