Macarıstan millisinin üzvü "Qarabağ"a keçir?

Macarıstan mətbuatı bir müddətdir adı “Qarabağ”la hallanan Balaş Cudcakın Azərbaycan klubuna keçəcəyinə inanmır.

Newsport.az-ın “nemzetisport.hu” saytına istinadən yaydığı xəbərə görə, macarlar hazırda azad agent olan hücumçunun ölkəmizə gəlişini karyerasında geriyə addım olaraq dəyərləndirirlər. Bu səbəbdən də onlar 31 yaşlı futbolçunun “Qarabağ”a transferinin inandırıcı olmadığını düşünürlər.

Qeyd edək ki, Macarıstan millisinə də dəvət alan forvardın son klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubu olub. O, mövsümün sonunda bu komandadan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right