Ukraynalı futbolçu "Sabah"da rəsmi

Premyer Liqanın debütantı “Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında oynayıb. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right