"Qarabağ" - "Olimpiya" açıq məşq və mətbuat konfranslarının vaxtı bəlli oldu

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Olimpiya" (Sloveniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, iyulun 17-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:45-də media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 19:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Olimpiya"nın baş məşqçisi isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.Sloveniya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right