“Qəbələ” Lüksemburqa gedir Qurbanov mətbuat qarşısına nə vaxt çıxacaq?

İyulun 19-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər Lüksemburqa çatacaq “Qəbələ” “Hilton” otelində məskunlaşacaq. Qəbələ klubunun səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

 

“Proqres” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

 

Xatırladaq ki, “Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qəbələ” ilk oyunda “Proqres”ə 0:2 hesabı ilə məğlub olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right