"Səhvlərimizin üzərində işləyəcəyik" Millimizin baş məşqçisi

“Artıq doqquz gündür ki, təlim-məşq toplanışındayıq”.

 

Newsport.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib. Çalışdırıcı “Keşlə”nin əvəzedici heyəti ilə keçirilmiş oyunla (4:0) bağlı danışıb:

 

“Tibbi və fiziki testlərdən keçdikdən sonra futbolçuların funksional və texniki-taktiki hazırlığının yüksəlməsinə diqqət ayırırıq. İlk yoxlama oyununda futbolçuların hamısına şans verdik. Komanda çox istəkli idi. Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var. Səhvlərimizin üzərində işləyəcəyik. Əsas odur ki, futbolçular hara hazırlaşdıqlarını bilir və səylə çalışırlar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right