Elşad Əhmədov: "Öz oyunumuzu qurmaq üçün vaxta ehtiyacımız var"

"Fiziki hazırlıq üzrə məşqlərimizi başa vurduq. Türkiyə toplanışı bizim üçün yarış dövrü olacaq. Oyunlarımız olacaq, məşqlərimizin intensivliyini azaldıb, oyunlara yeni güclə çıxacağıq. Çalışacağıq ki, elə olsun. "Zirə" ilə oyuna gəlincə, rəqib bizdən yaxşı oyun sərgilədi və layiqli qələbə qazandı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Zirə"yə qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirərkən deyib.  

Gənc məşqçi oyun fəlsəfəsini komandaya tam olaraq aşılaya bilmədiyini vurğulayıb: "Oyun fəlsəfəsini komandaya aşılamaq üçün vaxt lazımdır. Özünüz də gördünüz ki, uşaqlar çətinlik çəkirdilər. Öz oyunumuzu oynamaq üçün bir az vaxta ehtiyacımız var. Demək olar ki, öz oyunumuzu qurmağa çalışırıq. Ümid edirəm ki, komandamız yaxşı vəziyyətdə olacaq". 

Elşad Əhmədov yeni transfer Cavid İmamverdiyevin komandaya çox xeyir verə biləcəyinə ümid edir: "Cavid komandamıza çox xeyir verə bilər.  Tam hazır vəziyyətdə olmadığı üçün "Zirə" ilə oyuna ehtiyatdan başladı. Tam hazır olandan sonra bizə çox xeyir verəcək".

Çalışdırıcı oyunçu axtarışında olduqlarını, hücum və müdafiənin sol cinahını gücləndirmək niyyətində olduqlarını bildirib: "Hücumçu və sol cinah müdafiəçisi mövqeyinə oyunçu axtarırıq. Razılığa gəldiyimiz oyunçu yoxdur. Danışıq apardığımız oyunçular var, amma hələ razılıq əldə edə bilməmişik". 

Əhmədov bildirib ki, baxışda olan futbolçularla bağlı yükun qərarı Türkiyə toplanışından sonra verəcəklər: "Baxışda olan futbolçularla bağlı qərar verməmişik. İki nəfər var ki, özlərini tam göstərə bilməyiblər. Onlar komanda ilə birgə Türkiyə toplanışında iştirak edəcəklər. Qərarımızı toplanış başa çatdıqdan sonra verəcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right