“Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubunu 3:1 hesabı ilə məğlub edən "Neftçi” cavab matçının hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda bu gün yenə öz bazasında səhər məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right