"Zirə" baxışda olan futbolçularla bağlı qərar verdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Zirə” baxışa dəvət etdiyi qanalı futbolçular – Daniel Odey və Edvard Akvesini ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, hər iki futbolçunun performansı "qartallar"ın məşqçilər korpusunu razı salmayıb və onlarla müqavilə imzalanmayıb. Bundan əlavə, Almaniyanın U-16 və U-17 yığmalarının sabiq hücumçusu Xalid Mensifin də durumu baş məşqçi Ayxan Abbasovu qane etməyib və 26 yaşlı futbolçu komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, “Zirə” yay transfer dönəmində İlkin Qırtımov, Kamal Mirzəyev, Bilal Hamdi və Dilan Duventrunu transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right