"Qarabağ"ın sabiq futbolçusu rəsmən "Astana"da

Qazaxıstanın “Astana” klubu ötən mövsüm “Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrikeni transfer edib.

 

Newsport.az xəbər verir ki, tərəflər arasında rəsmi sözləşmə imzalanıb. 28 yaşlı braziliyalı vinger bir il ərzində "Astana"da icarə əsasında çıxış edəcək.

 

"Astana" "Qarabağ"dan ayrılan millimizin üzvü Riçard Almeydanı da transfer etmişdi.

 

Qeyd edək ki, "Astana"nı “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right