"Sabah" Super Liqa klubu ilə qarşılaşacaq

İyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq “Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

 

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin iki rəqibi məlum olub. Topaz Premyer Liqasının debütantı iyulun 18-də Türkiyə I Liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adı hələ dəqiqləşməyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right