"Səbail"dən ayrılan futbolçu Xorvatiya klubuna keçdi

Ötən mövsüm icarə əsasında "Səbail"də çıxış edən Uqanda millisinin üzvü Faruk Miyanın yeni klubu bəlli olub.

 

Newsport.az xəbər verir ki, müqavilə ilə Belçikanın "Standard" klubuna məxsus olan 20 yaşlı forvard karyerasını Xorvatiyada davam etdirəcək. Miya elitada çıxış edən Zaqreb təmsilçisi "Qoritsa" ilə 2+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Miya "Səbail"də 13 oyuna 2 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right