"Keşlə"nin cavab oyunu rusiyalı hakimə həvalə edildi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Keşlə” - “Baltsan” (Malta) oyununa hakim təyinatları açıqlanıb.

 

Newsport.az xəbər verir ki, oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək:

 

Baş hakim: Mixail Vilkov

Köməkçi hakimlər: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)

UEFA nümayəndəsi: Krauford Vilson (Şimali İrlandiya)

Hakim-inspektor: Stepen Lodqe (İngiltərə)

 

“Keşlə” - “Baltsan” görüşü iyulun 19-da, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək . İlk oyunda “Keşlə” 1:4 hesabı ilə məğlub olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right