"Cavab oyununa sıfırdan başlayacağıq" - "Proqres"in baş məşqçisi

“Qələbə qazanmağa layiq idik. Futbolçulardan razıyam”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Proqres”in baş məşqçisi Paolo Amodio deyib. Lüksemburq klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”nin qonağı olub və qələbə qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

- Ehtiyatlı oynadıq və şansımızı gözlədik. Futbolda hər zaman şans vacibdir və bu, bu gün bizim tərəfimizdə idi.

- “Qəbələ”dən belə oyun gözləyirdiniz?

- “Qəbələ” barədə danışmaq istəmirəm. Biz bura hazırlıqlı gəlmişdik, rəqibi yaxşı tanıyırdıq. Qələbə qazandığımıza görə çox sevinir. 

- İlk yarıda kəşfiyyat xarakterli oyun sərgilədiniz. “Qəbələ”ni tanımaq üçün sizə 45 dəqiqə kifayət etdi?

- Bizim bir planımız var idi: vaxtımızı gözləmək. Məncə, istədiyimizi əldə edə bildik.

- “Qəbələ” fiziki cəhətdən o qədər də güclü deyildi. Rəqib cavab oyununda başqa futbol sərgiləyə bilər. Buna hazırsınız?

- Biz də “Qəbələ” qədər çalışacağıq və daha güclü olacağıq.

- Özünüzü mərhələ keçmiş komanda kimi hiss edirsiniz?

- Yox. Biz “Qəbələ”nin güclü komanda olduğunu bilirik. Cavab oyununa sıfırdan başlayacağıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right