"Qurban Qurbanov avropalı məşqçilərdən fərqlənmir" Abdullah Zubir

"Qarabağ"ın yeni transferi Abdullah Zubir Newsport.az-a müsahibə verib.

- "Qarabağ"a transferin necə baş tutdu?

- Bilirəm ki, "Qarabağ" mənimlə iki öncə də maraqlanmışdı. Amma məni o zaman buraxmamışdılar. Bu mövsüm isə transfer baş tutdu. Böyük kluba gəldiyimi bilirəm. Təəssüratlarım xoşdur.

- "Olimpiya"ya qalib gəldiyiniz oyunda rəsmi debütün baş tutdu...

- Bəli. Çətin oyun keçirdik, asan deyildi. Qələbə vacib idi və buna nail olduq. İnanıram ki, Bakıda da yaxşı nəticə qazanacağıq və mərhələni keçəcəyik.

- Komandada ab-hava necədir?

- Futbol oynayan komandanı sevirəm. Əla münasibət var. Anlaşma yüksək səviyyədir.

- "Qarabağ" haqda məlumata sahibsən?

- "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarına da baxmışam. Bu komanda haqda məlumatım genişdir.

- Qurban Qurbanovun səndən tələbi nədir?

- Ən yüksək səviyyədə və oyun planına uyğun oynamağı istəyir.

- Bir çox baş məşqçilərlə birgə çalışmısan. Qurban Qurbanovla onlarda fərq nədədir?

- Hiss olunur ki, böyük təcrübəsi var. Məşqlərə yanaşmasına görə, avropalı məşqçilərdən fərqlənmir. Arzuları var və buna gör də çox tələbkardır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right