"Bu, məni motivasiya edəcək" "Qarabağ"a qələbə qazandıran futbolçu

"İlk oyunumuz idi və müəyyən çatışmazlıqlarımız ola bilərdi. Ağır oyun oldu və yaxşı mübarizə apardıq. Vacib olan qələbə idi ki, buna da nail olduq".

Bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye deyib. Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubuna qalib gələn "Qarabağ"ın yarımmüdafiəçisi Newsport.az-a açıqlamasında qələbə qolunu vurması haqda söz açıb: "Qol vurmağı sevirəm. Qolun həlledici olması isə daha əla oldu. Çalışacam ki, növbəti görüşlərdə də fərqlənə bilim".

Haiti millisinin üzvü ötən mövsüm "Qarabağ"ın avrokuboklarda keçirdiyi ilk oyunda qol vurmuşdu. Bu mövsümdə buna nail olan 29 yaşlı oyunçu bu haqda danışıb: "Maraqlı təsadüfdür. Çalışacam qolların ardı gəlsin. Bu, məni motivasiya edəcək ki, növbəti görüşlərdə də qol vurum".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right