"Səbail" ukraynalı futbolçunu rəsmən transfer etdi

“Səbail” növbəti transferini həyata keçirib.

 

Newsport.az xəbər verir ki, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini “rənglərinə bağlayıb”. Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.

 

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right