Bahodir Nasimov yenidən Azərbaycan klubunda!

Azərbaycanı Avropa Liqasında təmsil etməyə hazırlaşan “Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu özbəkistanlı hücumçu Bahodir Nasimovu transfer edib. 

Tərəflər arasında neçə illik müqavilə imzalandığı açıqlanmır. Lakin 31 yaşlı oyunçunun “Keşlə”də 11 nömrəli formanı geyəcəyi dəqiqləşib. Nasimovun adı hətta Avropa Liqasının 1-ci mərhələsinin Malta “Baltsan”ı ilə oyunlar üçün sifariş ərizəsinə də daxil edilib.

Qeyd edək ki, Nasimov 2011-2014-cü illər aralığında “Neftçi”də çıxış edib. O, “ağ qaralar”ın heyətndə 86 oyunda 38 qol vurub. Özbəkistan yığmasının sabiq forvardının son klubu isə ölkəsinin “Buxoro” komandası olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right