"Neftçi"də yeni müqavilə

“Neftçi” Türkiyənin milli avidaşıyıcısı olan "Türk Hava Yolları” ilə brend əməkdaşlıq müqaviləsi imzalayıb.

Newsport.az-ın məlumatına görə, bu gün Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə tərəflər qonaqların və media nümayəndələrinin qarşısında 1 illik müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. "Neftçi”nin məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin, paytaxt təmsilçisinin təlim-məşq bazası "Türk Hava Yolları Futbol mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu il üçün pilot layihə olacaq. Gələcəkdə daha da genişləndiriləcək, "Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

"Neftçi”nin prezidenti Kamran Quliyev tədbirdə çıxışı zamanı müqaviləni çox böyük uğur hesab edib: "Neftçi”nin "Türk Hava Yolları” ilə əməkdaşlığı bizim üçün şərəfdir. Qardaş ölkənin dünyada tanınan brendinin "Neftçi”nin inkişafına, ölkədə idmana, futbolun gələcəyinə olan inamın göstəricisidir. Biz də çalışacağıq ki, bu güvəni doğruldaq, müqavilənin şərtlərində göstərilən öhdəlikləri artıqlaması ilə yerinə yetirək. Gələcəkdə Azərbaycan və Türkiyə dövlətlərarası dostluğunun daha bir təzahürü olan bu iki brendin birliyini inkişaf etdirək.

"Türk Hava Yolları” aviaşirkəti hazırda Türkiyənin 4 böyük klubu - "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right