Abdullayev: “Mən komanda pis vəziyyətdə qalmasın deyə iynə hesabına oynadım”

2018/2019-cu illər mövsümünün startına elə də çox qalmayıb. Cəmi 1 ay sonra yeni mövsüm start götürəcək. Bu isə o deməkdir ki, komandaların əksəriyyəti heyətini komplektləşdirib. Buna baxmayaraq, klubsuz qalan təcrübəli oyunçularımız da var.

Newsport.az saytının məlumatına görəbunlardan biri də son olaraq “Sumqayıt” formasını geyinmiş Elnur Abdullayevdir.

“İnter”, “Xəzər Lənkəran” kimi iddialı klublarımızda oynamış və kifayət qədər sabit futbol sərgiləmiş Elnur Abdullayev  durumuna aydınlıq gətirdi: “Sumqayıt”dan ayrıldıqdan sonra konkret hər hansı bir dəvət yoxdur. Evdəyəm, dincəlirəm. Əlbəttə ki, bu, məcburi istirahətdir. Çünki real təklif olmayıb. “Sumqayıt”a keçdikdən sonra zədədən əziyyət çəkdim. Bunun səbəbləri var. Bilirsiniz ki, “İnter” çətin durumda idi. Heyət sarıdan kasadlıq vardı. Mən belə vəziyyətdə geri addım ata bilməzdim. Komanda darda qalmasın deyə 6 ay iynə hesabına meydançaya çıxıb, futbol oynamışam. Bütün bunlar zədəmin ağırlaşmasına səbəb olub. İndi isə hər şey qaydasındadır. Oynamağa  hazıram. Düşünürəm ki, klubsuz günlər tezliklə geridə qalacaq”.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi vaxtilə Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında da çıxış edib. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right