"Sumqayıt" yeni transferini rəsmən açıqladı

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayev "gənclik şəhəri" təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.

Əlavə edək ki, Babayevin "Sumqayıt"a transfer olacağını ilk dəfə Futbol11.az saytı tirajlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right