“Zirə” FİFA-ya müraciət etməyəcək: Kamerunlu ilə razılıq əldə olundu

Paytaxtın “Zirə” klubu ailə problemlərini əsas gətirərək, yeni mövsümün hazırlıqları üçün düşərgəyə qaytımayan Jozef Bumla bağlı qərar verib. 

Newsport.az saytının məlumatına görə, “qartallar” legioner futbolçunun ayrılmasına problem yaratmayacaq. 

Klub rəhbərliyi müqaviləsi davam edən futbolçu ilə bağlı aidiyyatı qurumlara şikayət verməyi düşünsə də, sonradan qərar dəyişilib.  Belə ki, futbolçu ilə klub rəhbərliyi arasında danışıqlar baş tutub və razılıq əldə olunub.

Razılığıa əsasən “Zirə” kamerunlu müdafiəçi azad agent statusu verəcək.  Ancaq bunun üçün Bumun ximdətində maraqlı olan klub lazım olan vəsaiti “Zirə”yə ödəməlidir. 

Qeyd edək ki, Jozef Bum ötən ilin yayında “Zirə”yə azad agent kimi keçib.  O, Türkiyənin “Mersin İdman Yurdu” və “Antalyaspor” klublarından ailə problemlərini əsas gətirərək ayrılıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right