"Keşlə" Türkiyə toplanışını başa vurdu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

Newsport.az saytının məlumatına görə, baş məşqçi Yuri Maksimovun yetirmələri gün ərzində yenə iki dəfə məşq edib. Sabah isə komanda İstanbula gedərək, oradan Maltaya yola düşəcək.

Xatırladaq ki, “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq. Oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu üzdən də Bakıya gəlməyə ehtiyac duymayan paytaxt klubu Türkiyədən birbaşa Maltaya yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right