"Səbail"in texniki tərəfdaşı bəlli oldu

"Səbail" klubunun 2018/19 mövsümündə texniki tərəfdaşı məlum olub.

Newsport.az-ın məlumatına görə, bu, "Macron" şirkətidi. O, qarşıdakı mövsümdə paytaxt təmsilçisinin bütün komandalarını idman geyimləri ilə təmin edəcək.

“Macron” İtaliyanın ən köklü geyim şirkətlərindən biridi. 1971-ci ildə əsası qoyulan qurumun baş gərargahı Bolonya şəhərində yerləşir. Dünyanın bir cox aparıcı ölkələrinin futbol, basketbol, voleybol klubları və milli komandaları “Macron”un ən müasir texnologiyalar əsasında hazırlanmış formalarında çıxış edirlər.

Xatırladaq ki, "Səbail"in bunadək texniki tərəfdaşı "Nike" şirkəti idi. 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right