Millimizin planında dəyişiklik edildi

19 yaşadək futbolçulardan ibarət milli komandamız (U-19) iyulun 5-dən Bakıda təlim-məşq toplanışına başlayıb.

Newsport.az-ın məlumatına görə, toplanış çərçivəsində millimizin “Keşlə” (əvəzedici), “Qəbələ” (əvəzedici), MOİK və “Şüvəlan”la yoxlama oyunları nəzərdə tutulub.

“Keşlə” (əvəzedici) ilə nəzərdə tutulan oyunun vaxtında dəyişiklik edilib. Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 “Keşlə” (əvəzedici) ilə iyulun 15-i yox, 14-ü üz-üzə gələcək. Oyun saat 18.30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşacaq.

Məlumat üçün bildirək ki, 19 yaşlılarımız 18 və 21 iyulda “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right