"Toplanışa start verəndə futbolçulara bildirdim ki, ..."

"Toplanışa start verəndə futbolçulara bildirdim ki, mənim üçün hərəkətlilik və dözümlülük vacib amillərdir. Oyun o zaman xoşuma gələr ki, istədiyim oyunu meydanda komandamdan görüm. Belə görünür ki, istədiyim oyun stilini futbolçulara tam aşılaya bilməmişəm. Hələ ki, təzə toplaşmışıq. Tam olaraq, bir həftədir ki, məşq edirik. Oyun məni razı salmadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının debütantı "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib. Mütəxəssis "Səbail"lə yoxlama görüşündə müdafiənin mərkəzində oynayan Kərim Diniyev və meydanın mərkəzində çıxış edən Elşən Abdullayevin növbəti görüşlərdə də bu mövqrylərdə çıxış edəcəklərini istisna etməyib: "Onların hər ikisi üçün doğma mövqeylərdir. "Neftçi"də onlarla birlikdə olmuşam. Onlar orda böyüyüblər. Mən Kərimlə Elşəni daha yaxşı o mövqeylərdə görürəm. Gələcəkdə ola bilər ki, rotasiyalar etdik. Amma onların doğma mövqeyləri oradır".

Əhmədov transfer planları haqda danışıb: "Üç legioner haqda fikirləşirik. Artıq biri dəqiqləşib. 10 nömrə mövqeyində oynaya bilir. Hücumçu və müdafiəçi də axtarırıq. Digər adlar isə bəlli deyil. Yeni transferimiz Elvin Bədəlovu "Neftçi"dən yaxından tanıyıram. Perspektivinə yaxşı bələdəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right