“Qəbələ” Araz Abdullayevi neçəyə satıb?

Azərbaycan millisinin və “Qəbələ”nin futbolçusu Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu sabiq klubu “Panionios”la anlaşıb.

Yarımmüdafiəçi ötən gün Yunanıstana gedib və bugünlərdə köhnə-yeni klubu ilə sözləşmə imzalayacaq. Son mövsümü icarə əsasında Kiprin “Anortosis” klubunda keçirən millimizin üzvü Yunanıstan klubuna havayı başa gəlməyib. “Panionios” Araza görə “Qəbələ”yə 80 min dollar ödəyəcək. 

“Qəbələ” futbolçunun transfer qiymətini 150 min avro dəyərində müəyyənləşdirmişdi. Lakin “qırmızı-qaralar” danışıqlardan sonra bu məbləği ikiqat endirməyə razılıq veriblər.   

Qeyd edək ki, Araz Abdullayev 2012-ci ildə icarə əsasında “Panionios”da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right