"Digər məşqçilər də bundan şikayətlənirlər" - Aftandil Hacıyev

"Bakı toplantımızın son mərhələsi idi. İlk yoxlama görüşü keçirdik. Meydana çıxmaq üçün darıxmışdıq. Futbolçuları meydanda - iş başında görmək istəyirdik. Fikrimcə, yaxşı oyun oldu. Yeni transferlərin durumunu gördük, baxışda olan futbolçuları sınadıq. Komandanın durumu bizə maraqlı idi. Yaxşı alındı. Bəzi şeylər bizi razı saldı. Futbolçuların işlərinə ciddi şəkildə yanaşmaları məni qane etdi. Əlbəttə, çatışmayan cəhətlərimiz var. Bunu isə Türkiyə toplanışında aradan qaldırmağa çalışacağıq".

Newsport.az-ın məlumatına görəbu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Gənc mütəxəssis baxışda olan futbolçularla bağlı qərar verdiklərini deyib: "Hleb Xruşov gəncdir, onu məşqlərdə sınadıq. Premyer Liqada onun üçün meydana çıxmaq tezdir. İqor Korotetski isə tanıdığımız sima idi. O, bizi yaxşı tərəfdən razı saldı. Ola bilər ki, onunla gələn günlərdə saziş imzalayaq. Hər şey müzakirələrdən asılı olacaq. Şərtlər önəmlidir. Bizi qane etsə, müqavilə bağlayacağıq. Lukas Nasimiento ilə müqavilə bağlamayacağıq. Onun mövqeyində daha güclü futbolçu istəyirik".

Hacıyev legioner futbolçu axtarışında olduqlarını deyib: "Hazırda axtarışdayıq. Kimin bizə qoşulacağını deyə bilmərəm, çünki konkret ad yoxdur. Qarşıdakı günlərdə yeni transfer ola bilər. Hücumçu, pleymeyker və müdafiəçi axtarışındayıq. Əlbəttə, digər mövqeylərdə olan boşluqları da doldurmaq istəyirik. Bir çox agentlərlə əlaqədəyəm. Belə bir dönəm olmamışdı. Keyfiyyətli futbolçu tapmaq çətindir. İsətiyimiz oyunçuları tapmamışıq. Agentlərin dili ilə desək, belə il olmamışdı. Digər komandaların da baş məşqçiləri də bundan şikayətlənirlər. Amma bu o demək deyil ki, tapmayacağıq. Yaxın günlərdə hansısa futbolçunu heyətə qata bilərik". 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right