“Neftçi” hazırlığı ara vermədən davam etdirir

Dünən axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi” hazırlığa ara vermədən davam edir. 

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq komanda bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Xatırladaq ki, "Neftçi” iyunun 17-də Bakıda bir araya gələrək iki mərhələli təlim-məşq toplanışına start vermişdi. İyunun 22-də Türkiyəyə yollanan komanda iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right