“Neftçi” Bakıya qayıtdı

Türkiyədəki təlim-məşq toplanışını başa vuran “Neftçi” Bakıya qayıdıb.

Newsport.az-ın məlumatına görə, komandanı hava limanında azarkeşlər alqışlarla qarşılayıblar. "Neftçi” hazırlığı ara vermədən davam etdirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək məşq sabah saat 9:30-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” yeni mövsümə hazırlıq məqsədilə iki hissədən ibarət təlim-məşq toplanışı keçib. Toplanışın ilk hissəsi iyunun 17-dən 21-dək Bakıda olub. İyunun 22-dən iyulun 6-dək Türkiyədə baş tutan hazırlığın ikinci hissəsində "Neftçi” 4 yoxlama oyununa çıxıb. Komanda Makedoniyanın "Şkupi” (2:0), Rumıniyanın "Dunarea Kalarası” (2:0) və "Politexnika İaşi” (3:1), Bosniya və Herseqovinanın "Çelik” (4:1) klublarını məğlub edib.

Toplanış təkcə məşq və yoxlama oyunları ilə əlamətdar olmayıb. "Neftçi” yeni transferlərlə güclənib. Müdafiəçilər – Tural Axundov, Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko, Baqali Dabo və Kvame Karikari heyətə cəlb edilib. Ötən mövsüm komandanın heyətində çıxış etmiş futbolçular – Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqavilə yenilənib.

Qeyd edək ki, "Neftçi” bu mövsüm ilk rəsmi oyununu iyulun 12-də keçirəcək. Komanda saat 21:00-da "Dalğa Arena”da Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right