“Zirə” adı ən böyük problemimizdi” - Adil Şükürov

“Bu gün bizim ən böyük problemimiz komandamızın “Zirə” adını daşımasıdı. Çünki klubumuzun akademiyasının seleksiya işlərində qarşımızda ən böyük əngəl məhz budu”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Zirə Futbol Akademiyasının rəhbəri Adil Şükürov deyib. 

O bildirib ki, qəsəbənin paytaxtdan kənarda yerləşməsi valideynlərin övladlarının klubun futbol akademiyasına gətirməsinə əngəldi: “Zirə” adı gələn kimi, hamı məsafəni düşünür. Amma bizim akademiyadakı komandalarımız Aviasiya Akademiyasının stadionunda məşqlərini keçir. Üstəlik, uşaqların gəliş-gedişi üçün də nəqliyyat ayırmışıq. Buna baxmayaraq, seleksiya işində xeyli problemlər yaranır”.

Qeyd edək ki, Adil Şükürov "Zirə"nin əsas komandasının baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra akademiyada fəaliyyətə başlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right