"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm" - Hannes Halldorsson

“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba keçdiyimin fərqindəyəm”.

Newsport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Hannes Tur Halldorsson deyib.

İslandiya millisinin qapıçısı Qarabağın tarixi haqda məlumatlı olduğunu bildirib.

34 yaşlı qolkiper Azərbaycan çempionu ilə bağlı hədəflərini də açıqlayıb: “Bura gəlməzdən əvvəl həm klub, həm də Azərbaycan haqda məlumat toplamışam. Karyeram ərzində dünya çempionatı və Avropa çempionatının final mərhələlərində oynamışam. İndiki hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı. Burda da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right