"Keşlə” "Traktorsazi"yə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün son yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” ilə qarşılaşıb.  Matç “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı Təbriz klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Keşlə" - "Traktorsazi" - 0:2

Qeyd edək ki, “Keşlə” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Bosniya və Herseqovinanın “Çelik” klubuna 0:2, Estoniya təmsilçisi “Levadiya”ya isə 2:3 hesabı ilə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right