“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı” millimizin baş məşqçisi

16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Azər Məmmədov Bakıda başa 10 günlük təlim-məşq toplanışını dəyərləndirib.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, A.Məmmədov bildirin ki, bu təlim-məşq toplanışı onda müsbət rəy yaradıb:

"Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik. Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaşı, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right