"Qəbələ" Sloveniya toplanışını başa vurdu

2018-2019-cu illər mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını başa vurub. 

Newsport.az klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb. 

Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komandamız Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right