"Oynadığım klublarda əzmkarlıq nümayiş etdirməyə çalışmışam" - "Neftçi"nin yeni transferi

"Burada olduğum üçün xoşbəxtəm. Komandaya bir az gec qoşuldum. Buna baxmayaraq, həm komanda yoldaşlarım, həm də məşqçilər korpusu məni çox isti qarşıladılar". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Kvame Karikari deyib. 

Qanalı futbolçu çoxlu qollar vurmaq üçün əlindən gələni edəcəyini bildirib: "Komandaya və sistemə uyğunlaşmaq üçün həm fərdi məşqlər etməyə, həm də komanda ilə birgə hazırlığı davam etdirməyə çalışıram. Burada olduğum üçün çox məmnunam. Mən əzmkarlıqla çalışmağın fayda verəcəyinə çox inanıram. Oynadığım klublarda əzmkarlıq nümayiş etdirməyə çalışmışam. Hücumçu kimi əsas vəzifəm qol vurmaqdan ibarətdir. Bunun üçün öz üzərimdə çox işləyəcəm. Komanda yoldaşlarım keyfiyyətli futbolçulardır. Onların köməyi ilə əlimdən gələni edəcəm ki, "Neftçi” azarkeşləri üçün çoxlu qollar vurum”.

Karikari sonda "Neftçi” azarkeşlərinə səslənib: "Azarkeşlərimizin hamısını iyulun 12-dəki oyunda bizə dəstək olmağa çağırıram. Komanda yoldaşlarımın, dostlarımın, menecer tanışlarımın dediklərinə görə "Neftçi”nin böyük azarkeş ordusu var. Onların hər birinin gəlib, bizi dəstəkləməsini gözləyirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right