"Neftçi" Rumıniya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma bakılıların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Bu oyun “Neftçi”nin toplanış çərçivəsində sayca 4-cü sınaq matçı idi. Roberto Bordinin komandası daha əvvəl “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kalarasi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlmişdi.

5 iyul

Yoxlama oyunu

"Neftçi" - "Politexnika" (Rumıniya) 3:1
Qollar
: Rəhman Hacıyev, 23. Baqali Dabo, 64. Rəşad Eyubov, 90 - Aleksandru Zahariya, 57.

“Neftçi”nin start heyəti: 1. Səlahət Ağayev (94. Rəşad Əzizli, 70), 5. Anton Krivotsyuk, 6. Qoran Paratski (28. Slavko Braliç, 83), 7. Namiq Ələsgərov (8. Emin Mahmudov, 63), 9. Baqali Dabo (22. Mirabdulla Abbasov, 68), 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev (4. Rəşad Eyubov, 70), 21. Məhəmməd Mirzəbəyov (18. Tural Axundov, 77), 25. Kirilo Petrov, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 73. Nail Alışov, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right