"Qarabağ" yeni transferini rəsmən açıqladı!

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi transfer edib. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Bolqarıstanlı futbolçunun müqaviləsi barədə bilgi verilməyib.

 

Qeyd edək ki, Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib.

 

Image may contain: 1 person, text

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right