"Qəbələ”dən ikinci məğlubiyyət

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Sənan Qurbanovun komandası Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə keçirilən görüşdə "Qəbələ" minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.


4 iyul

Yoxlama oyunu

20:00. "Qəbələ” – "Krakoviya” (Polşa) - 0:1
Beltintsi (Sloveniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right