"Qarabağ" "Sportinq"in futbolçusunu transfer etdi!

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi transferini bitirmək üzrədir. Bu barədə Portuqaliyanın mətbuatı məlumat yayıb. Məlumata görə, bolqarıstanlı futbolçu "Qarabağ"la müqavilə bağlamaq üçün Lissabon klubunun düşərgəsini tərk edib.

 

Qeyd edək ki, Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib. Simeon Slaveçevin "Sportinq"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right