"Konkret təklif "Qarabağ"dan gəldi" Klub rəsmisi

Danimarkanın "Randers" klubunun idman direktoru Soren Pederson Hannes Halldorssonun “Qarabağ”a keçidi haqda danışıb.

 

Newsport.az xəbər verir ki, klub rəsmisi islandiyalı qolkiperlə maraqlanan komandanın çox olduğunu deyib:

 

"Hannesin dünya çempionatındakı çıxışı diqqətdən kənarda qalmadı. Onun xidmətində bir çox klublar maraqlı idi. Ancaq konkret təklif "Qarabağ"dan gəldi və onlarla razılıq əldə etdik. Halldorsson bizim üçün önəmli idi. Ona xidmətlərinə görə təşəkkür edirik və gələcək karyerasında uğurlar arzulayırıq".

 

Hannes Haldrousson İslandiya millisinin heyətində dünya çempionatında Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməklə adından söz etdirmişdi. 34 yaşlı qapıçı həmin görüşün ən yaxşısı seçilmişdi. O, 2016-cı ildən "Danders"də çıxış edirdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right