"Səbail" yeni transferi ilə müqaviləni pozdu

“Səbail” bir müddət öncə transfer etdiyi Orxan Əliyevlə yollarını ayırıb.

Newsport.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, futbolçu klubun məşqçilər korpusuna müraciət edərək, səhhəti ilə bağlı problemi olduğunu bildirib. Müayinə nəticəsində onun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında Əliyevlə müqaviləyə xitam verilib.

Qeyd edək ki, bağlanmış müqavilənin müvafiq bəndinə əsasən, futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir. Ötən müddət ərzində O. Əliyevin “Səbail”də tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right