"Qarabağ"ın son oyununun başlama saatı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ukrayna "Dinamo"suna qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right