"Keşlə" yenə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, komanda bu gün toplanış çərçivəsində Estoniya təmsilçisi "Levadia" ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. "Keşlə"nin qollarını Azər Salahlı və Denis Silva Kruz vurub.

"Keşlə" - "Levadia" - 2:3
 
Qeyd edək ki, "Keşlə" ilk yoxlama matçında Bosniya və Herseqovinanın "Çelik" klubuna 0:2 hesabı ilə məğlub olub. 

Xatırladaq ki, Bakı klubu son yoxlama matçını iyulun 6-da "Traktorsazi"yə qarşı keçirəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right