“Zirə” daha bir legionerlə vidalaşacağını qətiləşdirdi

Riçard Qadze ilə yollarını ayıran “Zirə” daha bir legioneri ilə vidalaşacağını qətiləşdirib.

Söhbət müdafiəçi Jozef Bumdan gedir.

Newsport.az saytının məlumatına görə, ailə problemlərini əsas gətirib düşərgəyə qayıtmaqdan imtina edən Bum artıq “Zirə”yə lazım deyil. Baş məşqçi Ayxan Abbasov ürəyi başqa yerdə olan oyunçunu komandasında görmək istəmir.

Digər tərəfdən onun komanda ilə müqaviləsi var. Bu məsələ isə FİFA səviyyəsində həll olunacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right