"Uypeşt"lə oyuna tam hazır olacağıq" "Neftçi”nin yeni müdafiəçisi

"Neftçi”nin futbolçusu Slavko Braliç Bosniya və Herseqovina "Çelik”inə 4:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu dəyərləndirib.
 
Newsport.az-ın məlumatına görə, xorvatiyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında ardıcıl üçüncü qələbəyə çox sevindiklərini bildirib. O, hazırlıq prosesindən razılıq ifadə edib: "Təlim-məşq toplanışımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.
 
Qeyd edək ki, "Neftçi" Macarıstan "Uypeşt"i ilə ilk oyununu iyulun 12-də Bakıda, cavab görüşünü iyulun 19-da Budapeştdə keçirəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right